Sabah Moskvada Lavrov və Cavad Zərif arasında görüş keçiriləcək Dünya

Sabah Moskvada Lavrov və Cavad Zərif arasında görüş keçiriləcək

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Rusiyaya səfər edəcək.

Bu barədə TASS Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovaya istinadən məlumat yayıb.

O qeyd edib ki, sabah Moskvada Rusiya XİN başçısı Sergey Lavrovla Cavad Zərif arasında görüş keçiriləcək.

Xatırladaq ki, İran XİN başçısı sonuncu dəfə iyunun 16-da Moskvaya səfər edib.