Karib böhranı təkrarlana bilər Dünya

Karib böhranı təkrarlana bilər

Riçard Şnepf "Putin döyüşdə qalib gəlir, amma müharibəni uduzur"

Cavid

Putinin imperialist siyasəti dünya şöhrətli şahmatçı Harri Kasparov tərəfindən də pislənilib. "Obozrevatel.com"un məlumatına görə, o, bildirib ki, Putinin növbəti hədəfləri Baltikyanı, Azərbaycan, Gürcüstan və Qazaxıstan ola bilər.
Harri Kasparov Rusiyanın Krım məsələsində oynamamalı olduğunu deyib: "Əgər Krımda layiqli müqavimət olsaydı, indi Rusiya Donbasda olmazdı. Sözsüz ki, əgər Qərb real sanksiyalara getməyi bacarsaydı, biz Rusiyadakı hadisələrin inkşafını müşahidə edərdik. Məncə, hazırda Putin ətrafına baxıb bundan sonra hansı istiqamətdə hərəkət edəcəyi ilə bağlı qərar qəbul edir. Onun hakimiyyəti torpaq toplanılması üzrə bazalaşdırılıb. Onun bunun üçün kifayət qədər zəngin istiqamətləri var. Bunlar sırasında isə Baltikyanı, Ukrayna, Azərbaycan, Gürcüstan və Qazaxıstanın adları dayanır".
Xatırladaq ki, hələ bir müddət əvvəl əslən Bakıdan olan erməni Harri Kasparov Putinə qarşı müxalif mövqeyi ilə fərqlənir.
Rusiyanın Ukrayna siyasətini şərh edən Polşanın ABŞ-dakı səfiri Riçard Şnepf isə "Bloomberg" xəbər agentliyinə açıqlamasında deyib ki, tarixdə birinci qalib gələnlər deyil, son qaliblər daha əsasdır. Putin döyüşdə qalib gəlir, amma müharibəni uduzur. "Əgər demokratik dünya birlik nümayiş etdirərsə, sanksiyalar və siyasi təzyiq nəticə verəcək. Rus cəmiyyəti anlayacaq ki, demokratik cəmiyyətlə olmaq onlar üçün daha yaxşıdır, nəinki ondan kənarda olmaq", - deyə Şnepf bildirib. O, Avropa Birliyinə üzv ölkələrin Rusiyaya qarşı iqtisadi təzyiqin saxlanılması məsələsində tərəddüd etdiyi barədə iddiaları təkzib edib: "Ölkələrin böyük əksəriyyəti sanksiyaları dəstəkləməyə hazırdır". R.Şnepf hesab edir ki, uzunmüddətli perspektivdə Rusyaya qarşı iqtisadi sanksiyalar nəticə verəcək.
Rusiya mediasına istinadən verdiyi məlumaat görə, Moskvada Karib böhranının 52-ci ildönümü ilə bağlı dəyirmi masa keçirilib. Ttədbrdə Dövlət Dumasının sədri Sergey Narışkin və digər dövlət rəsmiləri iştirak edib.
O, istisna etməyib ki, Qərb Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq edərək dialoq üçün meydançanı qəsdən daraldır. S.Narışkinin sözlərinə görə, Karib böhranının mövzusu bu günlərdə heç vaxt olmadığı qədər aktuladır.
Xatırladaq ki, Karib böhranı keçmiş SSRİ ilə ABŞ arasında sovet raketlərinin 1962-ci ilin oktyabrında Kubada yerləşdirilməsi ilə bağlı yaranan gərginlikdir Kubalılar bu böhranı "oktyabr böhranı" adlandırırlar. "Soyuq müharibə" dövrü çəkişmələrin kifayət qədər qızışdığı və yer üzünün nüvə fəlakətindən döndüyü Karib böhranı, şübhəsiz dünya siyasi tarixinin yaxın dövrdə baş verən ən vacib hadisələrindən biridir.
Geosiyasi Problemləri Akademiyasının birinci vitse-prezidenti Konstantin Sivkova bildirib ki, Qərb Rusiyaya təzyiq etmək üçün "yumşaq güc"dən istifadəni genişləndirir. O, deyib ki, Karib böhranının təkrarını gözləmək lazım deyil: "Karib börhanı sərhədlərimizdən çox uzaqda baş vermişdi. Bugünkü böhran isə Amerikada deyil, Rusiya sərhədlərində – Ukraynada baş verir. Əlbəttə, "yumşaq güc"ün metodlarla Rusiyaya zərbələrin vurulmasından söhbət gedir. Bizə qarşı tanklarla vuruşmayacalar, çünki Rusiya Federasiyasında nüvə silahı var. Bu kontekstdən də görünür ki, bütün müqavilələrin heç bir perspektivi yoxdur".
Rusiyalı ekspert əmindir ki, vəziyyət yalnız Ukraynada baş verəcək növbəti sosial partlayışdan sonra tərpənəcək: "Çox güman ki, Ukraynanın cənubi-şərqində münaqişənin hərbi həlli olmayacaq. Amma sosial partlayış nəticəsində mütləq olacaq".
Ukrayna isə Rusiyaya təbii qaza görə olan borcunu ödəmək və qış mövsümü yaxınlaşdıqca ölkənin qaza olan ehtiyacını qarşılamaq üçün Avropa İttifaqından əlavə 2,5 milyard dollar məbləğində kredit istəyib.
"Amerikanın səsi" radiosunun verdiyi xəbərə görə, Avropa Komissiyasının sözçüsü ötən gün Brüsseldə Ukraynanın müraciətinin Beynəlxalq Valyuta Fondu və ölkə rəsmiləri ilə məsləhətləşmələr yolu ilə dəyərləndiriləcəyini bildirib. O, Avropa Komissiyasının Ukraynaya əvvəlki təəhhüdlərə əsasən dəstəyə sadiq qaldığını əlavə edib.
Bu açıqlamalar Avropa İttifaqı, Ukrayna və Rusiyanın enerji nazirlərinin Brüsseldə keçirilən görüşdə qazın qiyməti ilə bağlı razılıq əldə edə bilmədiyi vaxt verilib. Tərəflər razılığın əldə edilməsi üçün yenidən oktyabrın 29-da görüşəcək.
Keçən həftə Rusiya Ukraynaya qazı 2015-ci ilin mart ayının 15-ə qədər bir kubmetr üçün 385 dollar qiymətə nəql etməyə razı olduğunu bildirmişdi.
Qeyd edək ki, ötən gün eyni zamanda, Rusiya prezident Vladimir Putin və Ukrayna prezidenti Petro Poroşenko arasında telefon söhbəti baş tutub. Söhbət zamanı iki lider sülh prosesinin təşviq edilməsi və Ukraynada atəşkəsə əməl olunmasının əhəmiyyətini vurğulayıb. Kremlin açıqladığı bəyanatda onların həmçinin qaz məsələsində əməkdaşlıqla bağlı fikir mübadiləsi apardığı bildirilir.
Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Hünter Ettinqer isə Ukrayna və Rusiya Federasiyalar arasında qaz danışıqlarının nəticələrini açıqlayıb.
Unian.net-in verdiyi məlumata görə, martın sonuna kimi Ukrayna Rusiya qazının hər min kubmetri üçün 385 dollar ödəyəcək. Bundan başqa, martın sonuna kimi təbii qazın pulunun əvvəlcədən ödənilməsini nəzərdə tutan "ödə-al" prinsip ləğv ediləcək. H.Ettinqer bildirib ki, qazın həcmi və çatdırılması vaxtını Ukrayna tərəfi müəyyən edəcək.
Dünən isə Poroşenko və Putin arasında telefon söhbəti olduğu bildirilib. RİA xəbər agentliyinin verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib. Məlumata görə, dövlət başçıları atəşkəs rejiminə riayət edilməsinin vacibliyini vurğulayıblar. Prezidentlər həmçinin təbii qaz məsələsi ətrafında yaranan problemlərin həlli üzrə fikirlərini ifadə ediblər.
Xatırladaq ki, Donbas hövzəsində atəşkəs rejimi 5 sentyabrda imzalanan Minsk protokolu ilə təmin olunub. Lakin atəşkəs rejimi mütəmadi olaraq pozulur. Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, 15 oktyabr tarixinə qədər Ukraynanın şərqində atəşkəs rejimi separatçılar tərəfindən 1,4 min dəfədən çox pozulub. Nəticədə 68 Ukrayna hərbçisi və 51 mülki şəxsin həlak olduğu deyilir.
Dünəndən etibarən isə Rusiya Ukraynadan bütün meyvə-tərəvəzi qadağan edib.
Rusiya buna səbəb kimi Ukraynanın Avropa meyvə-tərəvəzini reeksport etməsini göstərir.
Rəsmi Moskva iddia edir ki, Ukraynadan Rusiyaya göndərilən meyvə-tərəvəzdə qadağan olunmuş maddələr mövcuddur.
Rusiya oktyabrın 21-də isə Avropa Birliyindən ət və quş məhsullarının gətirilməsini qadağan edib. Rəsmi Moskva AB-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara cavab olaraq belə bir qərar verib.
Rusiyanın Moldovaya təhlükəsi də gündəmdən düşməyib. Azərbaycanda yaxşı tanınan Moldovanın Ombudsmanı Auroliya Qriqoriuya Rusiyanın ölkəsinə qarşı təzyiqlərindən danışıb.
Moldovalı ombudsman Rusiya tərəfindən Moldovaya qarşı sanksiyalar artım tempi ilə davam edir: "Bu sanksiyalar Avropa Birliyi ilə Assosiativ sazişi imzalanma ərəfəsində başladı. Əvvəlcə Moskva bizim şərablarımızın Rusiya standartlarına uyğun olmadığını açıqladı. Sonra növbə meyvə-tərəvəzə çatdı. Bu sanksiyalar moldovalıların yadında müstəqilliyin 23-cü ildönümü ərəfəsində qaldı. Xüsusilə qaz və digər enerjinin amansızca yüksəlməsi mənfi tendensiya yaradıb. Ona görə təəssüf edirəm ki, Moldova Rusiyaya tarix boyu dost olaraq yanaşıb". A.Qriqoriuya qeyd edib ki, Moldova vətəndaşlarının Rusiyaya girişinə hələlik hüquqi məhdudiyyətlər qoyulur: "Əgər əvvəllər Rusiya sərhədçiləri bizim vətəndaşların kiçik qanun pozuntularına barmaqarası baxırdısa, indi hər şey sərt miqrasiya qanunvericiliyi çərçivəsində həll olunur". O ümid edir ki, ombdusman səviyyəsində müdaxilə ediləcək problemlər olmayacaq.