“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
22 Avqust 2020 00:09
5 593
İranın Koronavirusla Milli Mübarizə Komitəsinin qərarına əsasən İranın Tehran vilayətinin məscidlərində matəm mərasimləri (məhərrəmlik mərasimləri) qadağan edilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu, Tehran vilayəti Məscidlərinin Məsələlərinə Araşdırılması üzrə Mərkəzinin qərarında qeyd olunub.
Məhərrəmlik ayının başlanması ilə əlaqədar bildirilir ki, Tehran vilayətində koronovirusun güclü şəkildə yayıldığına görə, rəsmilər yeni qərarın icra olunmasını vurğulayıblar. Yeni qərarın elan olunmasına tənqidlər olsa da, İranın dini liderinin İranın Koronavirusla Milli Mübarizə Komitəsinin qərarlarının yerinə yetirilməsi ilə əlaqədar göstərişini nəzərə alaraq, məscidlərin imamları, təşkilatçılar və məscidlərin nümayəndələri qapalı məkanda Məhərrəm ayında istənilən matəm mərasimləri, hətta qısa zamanda olsa belə, təşkil etməkdən çəkinsinlər. Sadəcə camaat namazını səhiyyə protokolları əsasında qılmaqla kifayətlənsinlər.
Həmçinin açıq məkanları (məscidlərin həyətləri və sairə) olan məscidlərdə matəm mərasimlərinin keçirilməsi səhiyyə protokolları əsasında keçirilə bilər. Buna görə, məscidlərin imamları insanları səhiyyə protokolları ilə əlaqədar məlumatlandırmalıdırlar.
21 Dekabr 14:23
1 099
21 Dekabr 14:22
1 155
21 Dekabr 13:27
1 183