“Bu, sadəcə, papanın istəyidir” Dünya

“Bu, sadəcə, papanın istəyidir”

Mövlud Çavuşoğlu: "Türkiyənin Ermənistana uzatdığı əl boş qalır"

"Ermənistanla bağlı həmişə Türkiyə addım atır". Bunu NATO xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Brüsselə gedərkən təyyarədə jurnalistlərə açıqlama verən Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.
O, Roma papası Fransiskin Türkiyənin Ermənistanla sərhədinin açılması ilə bağlı bəyanatını şərh edib: "Bunlar papanın istəkləridir. Amma Ermənistan məsələsində həmişə Türkiyə addım atır. Qarşı tərəfdən səs çıxmır. Türkiyənin Ermənistana uzatdığı əl boş qalır."
Bildirək ki, Türkiyə səfərindən qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verən papa gələn il 1915-ci il hadisələri ilə bağlı erməni iddialarının 100-cü ildönümünün olacağını və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq mövzuda yazdığı məktubu xatırladıb: ""Olanları niyə tanımır?" deyə onu tənqid edirlər. Bunlar yaxınlaşma istiqamətində kiçik və müsbət jestlərdir. Xalqların uzlaşması üçün dua etməliyik. Türkiyə-Ermənistan sərhədinin açılacağına ümid edirəm."