ABŞ-İran müharibəsi: münaqişə nə qədər davam edəcək?
4 Mart 23:52
4 Mart 23:52
28 Fevral 2022 10:39
4 102
Göyçay rayonunda 21 yaşlı qızı qaçırıb tövlədə işgəncə verən şəxs saxlanılıb.
Rayonun Ulaşlı Şıxlı kənd sakini Feyruz Əliyev hüquq-mühafizə orqanları tərəfindən saxlanlılıb.
Hadisə ilə bağlı oğlanın atası Mahmud Əliyev də polisə dəvət olunsa da, onun izahatı alındıqdan sonra buraxılıb.
Məlumatda bildirilir ki, oğurlanaraq işgəncələrə məruz qalan qız ailəsinə qaytarılıb və nəzarətə götürülüb.
Faktla bağlı Göyçay rayon Polis şöbəsində araşdırmalar davam etdirilir.
Xatırladaq ki, Göyçay rayonunun Ulaşlı Şıxlı kəndinində, kənd sakini Feyruz Əliyev həmkəndlisi, 21 yaşlı qızı evlənmək məqsədilə qaçırıb. Qızı evinəə gətirən F. Əliyev gənc qızı qaçırdıqdan sonra onu tövlədə gizlədiblər.
Onlara müqavimət göstərən qızın əlləri və ağzı bağlanılaraq tövlədə saxlanılıb.
Hadisədən xəbər tutan qızın ailə üzvləri bu barədə aidiyyəti qurumlar hüquq mühafizə orqanlarına məlumat verib.
4 Mart 14:48
1 218
4 Mart 12:57
1 414
4 Mart 12:41
1 323