“Dini təriqətlərdə təmsil olunanların sayının çoxalması...” Hadisə

“Dini təriqətlərdə təmsil olunanların sayının çoxalması...”

İradə Əliyeva: "Dini maarifçilik tədbirlərinin daha da artırılmasını zəruri edir"

"Bu gün Azərbaycan müstəqil ölkə kimi öz siyasi xəttində dini azadlıqların qorunmasına ciddi fikir verir. Bu istiqamətdə atılan addımlar, həyata keçirilən layihələr onu deməyə əsas verir ki, ölkəmizdə dini azadlıqlar baxımından heç bir problem yoxdur. Məhz bunun nəticəsidir ki, bir sıra beynəlxalq dini tədbirlər ölkəmizdə keçirilir, ölkədə 510-dan artıq dini icma qeydiyyatdan keçib". Bunu Zəngin Azərbaycan Uğrunda Mübarizə İctimai Birliyinin sədri İradə Əliyeva bildirib. Onun sözlərinə görə, aparılan araşdırmalar da onu deməyə əsas verir ki, tolerantlığın qorunması, dini azadlıqların bərqərar olması üçün yaradılan şəraitdən sui-istifadə halları mövcuddur: "Məhz ölkədə fəaliyyət göstərən dini icmalar bəzi hallarda öz məqsədləri üçün çalışırlar ki, bu da son nəticədə dini icma üzvlərinin, o cümlədən gənclərin din çətiri altında müxtəlif əməllər törətməsi ilə üzə çıxır. Son zamanlar "İŞİD" ("İraq İslam Şam Dövləti") adlanan terror təşkilatına qoşulanlar arasında həmvətənlərimizin olması, vəhabilik, nurçuluq deyilən dini təriqətlərdə təmsil olunanların sayının çoxalması dini maarifçilik tədbirlərinin daha da artırılmasını zəruri edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu istiqamətdə davamlı işlər aparır. Layihələr həyata keçirir. Vətəndaş cəmiyyəti olaraq Komitənin apardığı işlərə dəstək olmaq üçün təşkilat olaraq cəmiyyətdə dini icmalarla bağlı məlumatlılığın artırılması prosesinə qoşuluruq".
O, əlavə edib ki, yeri gəlmişkən, ZAUM olaraq biz hazırda "Azərbaycanda fəaliyyət göstərən dini icmaların fəaliyyət siferasının öyrənilməsi, geniş ictimayyətin məlumatlandırılması" layihəsini icra edirik. Layihənin həyata keçirilməsi üçün işçi heyəti formalaşdırılıb: "Layihə çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Prezident yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə əməkdaşlıq edirik. Komitənin əməkdaşları və ekspertlərlə dini icmalar barəsində ətraflı məlumat əldə etmişik. Öncə ölkədə fəaliyyət göstərən dini icmalar araşdırmışıq. İcma rəhbərliyi, burada təmsilçilik və üzvlər barəsində geniş ictimaiyyətə məlumat veririk. KİV-lərdə dini icmalarla bağlı məlumatlandırma işi aparmaqla yanaşı, maarifləndirici vəsaitlər paylanılır.
Ümumiyyətlə, biz layihə çərçivəsində Komitənin mütəmadi olaraq dini maarifləndirmə istiqamətində gördüyü işlərin bir daha şahidi olduq. Göründüyü kimi bu işlər Komitəyə yeni rəhbərlik təyin olunduqdan sonra daha da güclənib. Bu da ölkə başçısının kadr siyasətini düzgün aparmasının bariz nümunəsidir".
Onun sözlərinə görə, Azərbaycanda dövlət-din münasibətlərinin sivil prinsiplərə uyğun olaraq tənzimlənməsi, dini etiqad və vicdan azadlığının maneəsiz təminatı, dini-mənəvi, əxlaqi-etik dəyərlərin cəmiyyətin prioritet yaşayış normalarına çevrilməsi işi də uğurla həyata keçirilir: "Azərbaycanda dini tolerantlılıq yüksək səviyyədə qorunur. Ölkəmizdə yüksək tolerantlıq mühiti hökm sürür, heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma halları baş verməyib. Buna bariz nümunə kimi, ayrı-ayrı etiqad və inanclara malik etnosların əsrlərlə əmin-amanlıq şəraitində yaşamasını, etnik-mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasını göstərmək olar.
Bütün bunlara baxmayaraq bu gün ölkəmizdə dövlət qeydiyyatından keçən bir sıra dini icmalar var ki, onlar barəsində cəmiyyətdə kifayyət qədər məlumat yoxdur. Onu da qeyd edim ki, dini icmalarla bağlı məlumatlılığın az olması son zamanlar din çətiri altında müxtəlif mənsəblərə qulluq edənlərin fəaliyyətinin ifşa olunması prosesində müəyyən maneələr yaradır. Bu baxımdan hazırda ölkədə fəaliyyət göstərən dini icmaların fəaliyyət siferası barəsində cəmiyyətə geniş informasiya çatdırılmalıdır. Bu informasiyalarda dini icmaların qeydiyyatı, onların yerləşdiyi məkan, üzvləri, məqsəd və məramları öz əksini tapmalıdır".

Əli