“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
10 Dekabr 2022 12:21
3 290
Yaxın günlərdə humanitar yardımın növbəti hissəsi də Ukraynaya yola salınacaq.
Trend-in məlumatına görə, bunu bu gün Azərbaycanın Ukraynaya humanitar yardım göndərilməsi ilə bağlı tədbirdə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Səməd İslamov deyib.
"Azərbaycan və Ukrayna arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur. Ümumiyyətlə bu iki dövlət və xalq arasındakı münasibətlərin zəngin tarixi var. Bu gün Ukraynanın böhranlı və çətin günlərində yenə də Azərbaycan dost Ukrayna xalqının yanındadır və dost ukraynalılar üçün biz növbəti humanitar yardımı göndəririk", - "Azərenerji" rəsmisi qeyd edib.
O bildirib ki, baş verən hadisələr nəticəsində Ukraynanın infrastrukturuna çox ciddi zərər dəyib.
"Bu baxımdan Ukrayna ərazisində enerji təminatı baxımından böyük problemlər yaşanır. Məhz ona görə, Azərbaycan dövləti elektrik avadanlıqlarından ibarət növbəti yardımı Ukraynaya yola salır. Azərenerji ASC tərəfindən göndərilən bu yardımda 45 güc transformatoru və 50 generator daxildir. Ümumi dəyəri 1 milyon 422 manat, çəkisi 52 ton olan yardımın ilk hissəsi hazırda yola çıxır. Növbəti hissəsi isə yaxın günlərdə yola salınacaq. Ukrayna xalqına tezliklə sülhün bərqərar olmasını arzulayırıq və bu yardımlar mütəmadi olaraq göndəriləcək",- S.İslamov deyib.
1 Noyabr 17:46
1 792
1 Noyabr 14:21
1 785
31 Oktyabr 20:55
2 198