“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
Siyarto: Macarıstan neft tədarükü bərpa olunmadan Ukraynanın maliyyələşdirilməsini dəstəkləməyəcək
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident İlham Əliyevin sosial media hesablarında Ramazan bayramı münasibətilə paylaşım edilib
Quterreş: “Qlobal əməkdaşlıq olmadan davamlı sülhə nail olmaq çətindir”
8 Oktyabr 2024 17:51
2 884
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə iqtisadi sahədə fəaliyyət göstərən media nümayəndələrinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda seminar keçirilib.
Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, xidmətinin rəis müavini Rüstəm Şahbazov təmsil etdiyi qurumun fəaliyyətində müasir idarəetmə elementlərinin tətbiqinə və modern yanaşmalara uyğun olaraq, əmlak idarəçiliyi sahəsində davamlı, genişmiqyaslı tədbirlər həyata keçirildiyini qeyd edib, digər sahələrlə yanaşı, daşınmaz əmlakın qeydiyyatı sahəsində də prosedurların sadələşdirilməsi, vətəndaş məmnunluğunun artırılması, o cümlədən göstərilən xidmətlərin elektronlaşması istiqamətində mühüm layihələrin icra edildiyini diqqətə çatdırıb.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli media nümayəndələrinin peşəkarlığının artırılması və iqtisadi sahədə jurnalistlərin ixtisaslaşmasının vacibliyindən danışıb, ictimaiyyətin dəqiq və dolğun informasiya ilə təmin edilməsində və sahəvi jurnalistikanın inkişafının stimullaşdırılmasında belə seminarların təşkilinin əhəmiyyətini vurğulayıb.
Sonra Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin departament müdiri Rəşad Əbləsənov “Daşınmaz əmlakın ilkin qeydiyyatı” mövzusunda təqdimatla çıxış edərək, daşınmaz əmlakın ilkin qeydiyyatı prosedurları, tələb olunan sənədlər, qanunvericiliyin tələbləri, bu sahədə vətəndaşların daha çox istifadə etdiyi elektron xidmətlər və onlardan istifadə qaydaları barədə geniş məlumat verib.
Seminarda mövzu ilə bağlı media nümayəndələrinin sualları cavablandırılıb, onlara sertifikatlar təqdim olunub.
09:46
1 043
19 Mart 17:13
1 393
19 Mart 17:10
1 435






