 
                
                Polşa Avropa İttifaqından çıxmaq imkanını qəbul edib
31 Oktyabr 17:08
 
                
                31 Oktyabr 17:08
 
                
                31 Oktyabr 16:39
 8 Oktyabr  2024 19:34
8 Oktyabr  2024 19:34 2 268
2 268
Bakı Dövlət Universitetində (BDU) buğda genotiplərində metal oksid nanohissəciklərin antioksidant fermentlərin fəaliyyətinə təsirinə dair araşdırma aparılır.
Universitetdən Xalqcebhesi.az-a bildirilib ki, Biologiya fakültəsinin Biofizika və biokimya kafedrasının doktorantı Günel İsmayılova “Buğda genotiplərinin yarpaqlarında metal oksid nanohissəciklərinin antioksidant fermentlərin fəaliyyətinə təsiri” mövzusunda elmi seminar keçirib.
Mühazirəçi müxtəlif buğda genotiplərinin cücərtilərində dəmir, sink, titan və alüminium oksidləri nanohissəciklərinin ayrı-ayrı qatılıqlarda fermentlərin aktivliyinə, fotosintetik piqmentlərin miqdarına və məhsuldarlıq parametrlərinə təsiri haqqında məlumat verib. Qeyd edib ki, tədqiqatlarda istifadə olunan metal oksidi nanohissəciklərinin antioksidant fermentlərin fəaliyyətinə təsiri mövcuddur və bu, dozadan asılı xarakter daşıyır. Belə ki, yumşaq və bərk buğda sortlarının cücərtilərində dəmir, sink və titan oksidi nanohissəciklərinin antioksidant fermentlərin aktivliyinə stimullaşdırıcı təsiri 0,01 mM qatılıqda müəyyən edilib. Alüminium oksidi nanohissəcikləri isə istifadə edilmiş bütün qatılıqlarda supressiv təsir göstərib.
Sonda məruzəçi iştirakçıların mövzu ilə bağlı suallarını cavablandırıb.
 31 Oktyabr 20:55
31 Oktyabr 20:55 980
980 31 Oktyabr 19:15
31 Oktyabr 19:15 1 071
1 071 31 Oktyabr 18:26
31 Oktyabr 18:26 1 085
1 085 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
        
         
                     
                     
                     
                    