14 Yanvar 2025 08:53
3 213
Ağsuda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.
APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Qaraqoyunlu kəndində baş verib.
Hadisə nəticəsində 2014 ci il təvəllüdlü Dəniz Hacızadə, 2018-ci il təvəllüdlü Yusif Hacızadə və 2013 - ci il təvəllüdlü Xəqani Hacızadə dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Hazırda vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA