Əli Həsənov evi yanan köçkünlərlə görüşüb Hadisə

Əli Həsənov evi yanan köçkünlərlə görüşüb

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş Nazirin müavini Əli Həsənov köçkünlərin məskunlaşdığı binada baş verən yanğınla əlaqədar hadisə yerinə gəlib.
Ə.Həsənov hazırda Bakının Yasamal rayonu, Şərifzadə küçəsi 1-də yerləşən yataqxanada məskunlaşan qaçqınlarla görüş keçirib.
Qeyd edək ki, bu gün Bakının Yasamal rayonunda yerləşən məcburi köçkünlərin yaşadığı yataqxanada güclü yanğın olub. Yanğın binanın 3-cü, 4-cü və 5-ci mərtəbələrini əhatə edib. Binanın bir bloku tamamilə yanıb. Hadisə yerinə 4 yanğınsöndürmə briqadası cəlb olunub.