Nepalda daşqından sonra itkin düşənlərin sayı 6 min nəfəri keçib Dünya

Nepalda daşqından sonra itkin düşənlərin sayı 6 min nəfəri keçib

Avqustun sonunda Nepalda baş verən dağıdıcı daşqından sonra itkin düşənlərin siyahısı daha min nəfər artıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə çərşənbə axşamı EFE agentliyinə Milli Fövqəladə Hallar İdarəsinin mətbuat katibi Şanti Mahat məlumat verib.

O bildirib ki, zərər çəkmiş rayonlarda yerləşən ucqar kəndlərdən hakimiyyət orqanlarına daha ətraflı məlumat daxil olduqdan sonra siyahı yenilənib. Mahat hazırda bu siyahıda 6 150 nəfərin olduğunu qeyd edib.

Mahat əlavə edib ki, "idarənin hələ də itkin düşənlər barədə tam məlumatı yoxdur və siyahının gələcəkdə bir qədər də artması mümkündür". Bununla yanaşı, DNT sınaqları həlak olan şəxslərin kimliyini müəyyən etməyə kömək edə bilər ki, bu da siyahının azalması ilə nəticələnə bilər.

Nepalda avqustun 26-da baş verən daşqın nəticəsində 1 400 nəfər həlak olub, 520 nəfərin qalıqları isə qismən saxlanılıb.

Daşqın Nepalda yüksək dağlıq buzlağın uçması nəticəsində baş verib. Buz, daş və palçıq uçqunu Çinin həmsərhəd zonasına da təsir edib. Çin hakimiyyətinin məlumatına görə, orada 43 nəfər həlak olub, 519 nəfər itkin düşmüş hesab olunur, onlardan 261-i 23 ölkədən olan əcnəbilərdir.

Məryəm Quliyeva