IV Bakı Təhlükəsizlik Forumu: ümumi mənzərə və mühüm amillər
23 Sentyabr 23:37
23 Sentyabr 23:37
23 Sentyabr 23:29
23 Sentyabr 23:17
08:46
448
ABŞ-nin beşinci nəsil "F-35 Lightning II" çoxfunksiyalı qırıcısı üçün nəzərdə tutulmuş potensial məxfi hissələr səhvən Çinə göndərilib və burada onların tədqiq olunması riski yaranıb.
Xalqcebhesi.az xəbər verir ki, bu iddia "Bloomberg" agentliyinin dərc etdiyi materialda yer alıb.
Mənbələrin sözlərinə görə, "Lockheed Martin" şirkətinin istehsalı olan detallar, o cümlədən qırıcının kabinə fənəri (şüşə örtüyü) və silah bölməsinin qapısı may ayında təmir və ya utilizasiya məqsədilə Avstraliyadan ABŞ-yə göndərilib. "UPS" kuryer şirkəti isə hələlik məlum olmayan səbəblərdən onları Honkonqa çatdırıb.
Sözügedən hissələr təyyarənin radarlara görünməzliyini təmin edən məxfi texnologiyalar əsasında istehsal olunub. Mənbələrin versiyasına görə, "Çin hakimiyyəti detalları ələ keçirib, lakin hələ ki onları geri qaytarmayıb".
Pentaqon nümayəndələri daha əvvəl bildiriblər ki, hissələrin geri qaytarılması və baş vermiş hadisənin təfərrüatlarının araşdırılması istiqamətində iş aparırlar.
Nəşrdə qeyd olunur ki, ABŞ Çinin F-35 haqqında daha çox məlumat əldə etməyə çalışdığını düşünür. Bu narahatlıqlar BƏƏ-yə sözügedən qırıcıların satışına dair sövdələşmənin pozulmasının əsas səbəblərindən biri olub.
Məryəm Quliyeva