Zelenski Rubiodan "Starlink"ə girişin bərpasını və "Patriot" raketlərini istəyib Dünya

Zelenski Rubiodan "Starlink"ə girişin bərpasını və "Patriot" raketlərini istəyib

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı ölkədə "Starlink" peyk rabitə sisteminə girişin bərpa olunmasını xahiş edib.

Xalqcebhesi.az -ın xəbərinə görə, Zelenski "Telegram" kanalında bildirib ki, müzakirələr zamanı cəbhədə logistikanı və dronların fəaliyyətini çətinləşdirən "Starlink" sisteminin işindəki problemlərin aradan qaldırılması məsələsi xüsusi vurğulanıb. Bununla yanaşı, Ukrayna lideri ABŞ tərəfindən ballistik raketlərin buraxılışı ilə bağlı kəşfiyyat məlumatlarının verilməsini "heyati vacib" adlandırıb və "Patriot" ZRK üçün əlavə raketlərin tədarük olunmasını istəyib.

Məryəm Quliyeva