Deputat Ağrı dağının zirvəsinə yürüş edib Hadisə

Deputat Ağrı dağının zirvəsinə yürüş edib

Ümummilli lider Heydər Əliyevin respublikada siyasi hakimiyyətə gəlişinin 45-ci ildönümü münasibətilə Milli Məclisin deputatı, Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev Ağrı dağının zirvəsinə qalxıb. Yürüşdə millət vəkili ilə yanaşı, Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri, "EkoAvrasiya" jurnalının baş redaktoru Hikmət Eren də iştirak edib.
Türkiyənin nüfuzlu "Milliyyət" qəzetinə açıqlama verən Milli Məclisin deputatı Adil Əliyev bildirib ki, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq təşkil edilmiş yürüş mühüm siyasi əhəmiyyətə malikdir. Ağrı dağının türk dünyası üçün birlik və həmrəylik rəmzi olduğunu vurğulayan Adil Əliyev deyib: "Bu dabın türk dünyası üçün xüsusi önəmi var. Yüz ildən çoxdur ki, ermənilər bu daba iddia irəli sürürlər. Bir neçə il bundan əvvəl Ermənistan prezidenti Serj Sərkisyanın erməni gənclərinə bu dağı almaq "tövsiyəsi"nə ən yaxşı cavabı Prezident İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğanla görüşündə vermişdi. Möhtərəm Prezident bəyan etmişdi ki, bu məkrli və əsassız iddia Ermənistan rəhbərliyinin işğalçı mahiyyətini bir daha ortaya qoyur. Şübhəsiz ki, bu, işğalçı dövlətin başçısına tutarlı cavab idi".
Türkiyənin digər qəzetləri də bu məsələyə geniş yer vermiş, Adil Əliyevin Ağrı dağının zirvəsini fəth edən ilk azərbaycanlı millət vəkili olduğu qeyd edilib.