13:57
434
İraq hakimiyyəti son vaxtlara qədər "hərbi təyinatlı zonalar" hesab olunan bütün əraziləri ləğv edib və ölkənin hava məkanının mülki təyyarələrin uçuşları üçün tam açıldığını elan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ərəb respublikasının Nəqliyyat Nazirliyinin xüsusi bəyanatında bildirilir.
"İraqın hava məkanında uçuşlar üçün qapalı olan bütün zonalar ləğv edilir və onlar İraqın hava naviqasiya sorğu kitabçasından çıxarılır", - deyə sənəddə qeyd olunur. Nazirlik dəqiqləşdirib ki, sorğu kitabçasında göstərilən "hərbi təyinatlı zonalar" "artıq hərbi əməliyyatların keçirilməsi üçün istifadə olunmur".
Qurum həmçinin "ölkənin bütün səmasının və hava məkanının tam suveren nəzarətə keçdiyini" bəyan edib. Nazirlikdən vurğulanıb ki, məhdudiyyətlərin aradan qaldırılması və hava suverenliyinin bərpası "İraqın hava məkanından istifadənin çevikliyinin artırılmasına, mülki aviasiya axınının yaxşılaşdırılmasına, habelə hava naviqasiyasının əməliyyat effektivliyinin yüksəldilməsinə töhfə verəcək".
Məryəm Quliyeva