17 Sentyabr 22:08
17 Sentyabr 21:35
17 Sentyabr 20:47
08:33
441
"Rusiya Federasiyasına zərbələr davam edəcək. Diplomatik romantika dövrü bitib", – deyə Kiril Budanov (Ukrayna Prezident Ofisinin rəhbəri) həm ifrat vətənpərvər, həm də dərin fəlsəfi bir tonla bildirdi. Və tamamilə haqlıdır. Gələcək seçki mübarizələri ərəfəsində öz mövqeyini müəyyənləşdirmək və "piksel geyimli" (hərbi formalı) seçici kütləsi arasında öz yerini təmin etmək lazımdır. Axı rəqib generalların – təcrübəli V. Zalujnıdan tutmuş, yeni parlayan A. Biletskiyə qədər – sayı az deyil. Hələ generallara belə ciddi rəqabət yarada biləcək mayor R. Brovdini demirik.
Bunu xalqcebhesi.az-a Ukrayna Ali Radasının sabiq deputatı Artur Bilous deyib.
"Beləliklə, diplomatik romantizm dövrü başa çatıb. Bəs o, əslində nə vaxt mövcud olub? Hansı dövrlərdə? Güman edirəm ki, Taleyran, Metternix, Kissincer və ya hətta Qorçakov və Qromıko kimi diplomatik korifeylər buna təəccüblənərdilər.
Axı onlar uzun müddət hərbi cəhətdən qüdrətli dövlətlərin xarici siyasət idarələrinə rəhbərlik etmişdilər. Bununla belə, həmin hərbi qüdrət ilk növbədə onların maraqlarını diplomatik yollarla irəlilətməyə xidmət edirdi. Başqa sözlə, burada diplomatik romantizmə yer yox idi; yalnız praqmatizm hökm sürürdü. Budanovun məntiqinin kökündə isə müharibə vasitəsilə mövcud güc status-kvosunu uzatmaq istəyi dayanır".
Cavid