17 Sentyabr 22:08
17 Sentyabr 21:35
17 Sentyabr 20:47
08:30
378
ABŞ hakimiyyəti gələn həftə BMT Baş Assambleyasında iştirak etmək üçün Prezident Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçinin də daxil olduğu İran nümayəndə heyətinin üzvlərinə vizalar verəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Amerika KİV-ləri məlumat yayıb.
"Pezeşkian və Əraqçi ABŞ vizası alacaq nümayəndə heyətinin tərkibinə daxil ediləcəklər", — deyə "NBC News" bir mənbəyə istinadla bildirib.
ABŞ Dövlət Departamentindən dəqiqləşdirilib ki, BMT tədbirlərində iştirak etmək üçün vizaları İranın "əsas nümayəndə heyətinin" üzvləri alacaqlar. Bununla belə, İran İslam Respublikasının Baş Assambleyadakı nümayəndə heyətinin tərkibi keçən illə müqayisədə daha az olacaq.
Məryəm Quliyeva