
“Zəngilan qürurun, zəfərin və dirçəlişin şəhəri kimi tarixə düşüb”
20 Oktyabr 18:56
20 Oktyabr 18:56
20 Oktyabr 17:25
20 Oktyabr 17:08
İsrailin kəşfiyyat PUA-ları Livanın prezident sarayının üzərində dövrə vurub
Britaniya hərbçiləri hərbi obyektlər üzərindəki PUA-ları vura biləcəklər
ABŞ Senatı hökumətin maliyyələşdirməsi ilə bağlı qanun layihəsini yenidən rədd edib
Bessent: ABŞ G7-dən Rusiyaya təzyiqin artırılmasını gözləyir
KİV: Ağ Ev Netanyahunun Qəzza sülh razılaşmasını pozacağından qorxur
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq iyunun 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Gəncə şəhərində vətəndaşları fərdi qaydada qəbul edəcək.
Həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri Anar Kərimov Göygöl rayonunda və Mətin Kərimli Samux rayonunda vətəndaşlarla görüşəcəklər.
Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq iyunun 26-dək qəbula yazıla bilərlər.