Hande Harmancı: Qeyri-infeksion xəstəliklər səbəbindən ölümlərin azaldılması üçün bir çox qurumlar bir araya gəlməlidir Hadisə

Hande Harmancı: Qeyri-infeksion xəstəliklər səbəbindən ölümlərin azaldılması üçün bir çox qurumlar bir araya gəlməlidir

Dünyada 30-70 yaş arası ölümlərin böyük qismini qeyri-infeksion xəstəliklər (QİX) təşkil edir. Qeyri-infeksion xəstəliklərin ilk iki sırada ürək infarktları və insult durur. Ancaq ölümlərin qarşısı alına bilər. Bunun üçün bir çox qurumun bir araya gəlməsi mütləqdir, çünki bu problemlərlə mübarizə təkcə Səhiyyə Nazirliyinin görə biləcəyi iş deyil. QİX risk faktorlarını qarşısını ala bilsək, 30-70 yaş arası baş verən ölümlərin önəmli qismini azalda bilərik.
Bunu jurnalistlərə açıqlamasında Dünya Səhiyyə Təşkilatının (DST) Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı deyib.
DST nümayəndəsi bildirib ki, Azərbaycanda qeyri-infeksion xəstəliklərin böyük əksəriyyətinin başvermə səbəbi tütündən istifadə, artıq çəki, qeyri-sağlam qidalanma, fiziki aktivliyin aşağı olması və genetik amillərlə bağlıdır: “Qeyri-infeksion xəstəliklərin qarşısını almaq və onları nəzarətdə saxlamaq üçün Səhiyyə, Təhsil, Gənclər və İdman nazirlikləri, kütləvi informasiya vasitələri, yerli qeyri-hökumət təşkilatları və digər qurumları birgə əməkdaşlığa cəlb etməklə hərtərəfli yanaşma lazımdır”.