Nüfuz müvəkkillərinin qrant davası Hadisə

Nüfuz müvəkkillərinin qrant davası

USAİD-in "elan etdiyi" 2,4 milyonluq qrant vəsaiti ətrafında nüfuz müvəkkillərinin savaşı davam edir. Əldə etdiyimiz dəqiq məlumata görə, USAİD tərəfindən elan edilmiş 2,4 milyon qrant vəsaiti ABŞ-ın Azərbaycandakı İREX təşkilatına veriləcəkmiş. Məlumat üçün qeyd edək ki, İREX təşkilatının Azərbaycan üzrə nümayəndəsi Angela Hicoara alı qadın Azərbaycana qarşı xüsusi antipatiyası və düşmən mövqeyi ilə sneçilən erməni qarışıq Rumunıya qaraçısıdır. İREX-ə ayrılmış maliyyə vəsaitinin isə ən önəmli və böyük hissəsi 2015-ci ildə Azərbaycanda keçiriləcək Avropa Olimpiya Oyunlarını gözdən salmaq üçün təşkil ediləcək kampaniyanı maliyyələşdirməkdən ibarət olub. Bu kampaniya Azadlıq radiosu, Azadlıq qəzeti, RATİ vasitəsilə daxili ictimai rəydə aparılma və daha sonra isə beynəxalq mediaya ötürülməliymiş.
Əldə olunan faktlara görə bu günədək Xədicə İsmayıl tərəfindən müəllif yazıları kimi ictimaiyyətə sırınan dezinformasiyalar da İREX vasitəsilə Xədicə İsmayıla ötürülən qeyri leqal vəsaitlər hesabına baş tutub.
Qeyd edək ki, iyun ayının sonuncu günündə USAİD-in elan etdiyi qrant müsabiqəsinə sənəd qəbulu üçün 7 iş günü vaxt qoyulmuşdu. Bu müddət nəinki hansısa layihəni hazırlamağa, heç hər hansı layihə təşəbbüsünü düşünməyə kifayət etmirdi. Bir sıra QHT-lər buna etiraz etməyə başladı, lakin bəziləri bundan məmnun görünürdü. Ehtimallar ortaya çıxdı ki, bu müsabiqə haqqında onlara yaxın təşkilat və şəxslərə əvvəldən məlumat verilib. Qaliblər də öncədən bəllidir. Bu sadəcə ehtimal olsa da, vəkil Elçin Sadıqovun açıqlaması bu ehtimalları həqiqətə yaxınlaşdırdı. Vəkil bildirir ki, müsabiqəyə sənəd təqdim edən 3 iddiaçı var. Vəkilin məlumatına görə, bunlar Amerikanın Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası (İREX), "İnternyus" və "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayıl ilə onun ətrafıdır.
Mətbuatın yazdığına görə, prosesdə İREX və Xədicə İsmayıl faktoru xüsusi diqqət çəkir. Azərbaycanda daxili xaosa kifayət qədər maliyyə ayıran təşkilat və Qərb kəşfiyyatının "ruporu" rolunu oynayan jurnalist.
Bu təşkilatın bütöv adı yuxarıda da göstərdik: Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurasıdır. Amma Azərbaycandakı fəaliyyətində nəyi mübadilə etdiyi sual altındadır. Çünki bir müddət öncə mediada yayılan məlumatlara görə, İREX 2008-ci ildən 2013-ə qədər ümumi dəyəri 730 min manat olan 29 qrant müsabiqəsi keçirib və bütün müsabiqələrin qalibi müxalif media və müxalifət partiyalarının nümayəndələri olub.
2013-cü il seçkilərindən əvvəl təşkilatın pulu hesabına "Turan" xəbər agentliyi seçkini monitorinq edən sayt yaratdı və seçkinin nəticələrini şübhə altına aldı. Seçkilər başa çatandan sonra sayt fəaliyyətini dayandırdı.
Bundan başqa, www.seckiportali.az adlı sayt yaradıldı. Bunun üçün 25 min dollar vəsait AXCP sədri Əli Kərimlinin kurasiyasına daxil olan "Azadlıq" qəzetinin redaktoru Rövşən Hacıbəyliyə verildi. İREX hazırda "yoxa çıxan" RATİ sədri Emin Hüseynova 275 min dollardan artıq maliyyə yardımı edib.
Xədicə İsmayıl - bu xanım jurnalist hökumətin əleyhinə əsas kampaniyaçılardan biridir. Əslində azad jurnalist kimi mövqe sərgiləməsi normal qəbul oluna bilər, əgər sərgiləyərsə...
Müxalifət düşərgəsində belə qəbul edilən bir fakt var ki, xanım jurnalist AXCP sədri Əli Kərimliyə yaxın şəxsdir, yaxud ən azı simpatiyası var. Misal üçün, "Azadlıq" radiosunun canlı efirində eyni düşərgədən olan Müsavat başqanı İsa Qəmbərə qarşı təzyiq dolu suallar yağdırması buna nümunədir. İREX-in qrant vəsaitlərini daha çox Əli Kərimlinin yaxın ətrafına ayırması burada gizli bağlılığı üzə çıxardır.
İREX və Xədicə İsmayılın işbirliyi faktlarla da sübut olunur. Belə ki, təşkilatın saytında (http://www.irex.org/news/exploring-challenges-social-media-ethics) yayılan bir məlumatda deyilir: "Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası olan İREX, USAİD (Beynəlxalq İnkişaf Agentliyi) və Britaniyanın Bakıdakı səfirliyinin dəstəyi ilə Azərbaycan, Rumıniya və Britaniyadan olan sosial media, jurnalistlər, ictimai media fəalları və alimlərinin iştiraki ilə "Sosial Media və Etika" mövzusunda konfrans təşkil edib. İREX təşkilatının media mütəxəssisi Ülviyyə Əsədzadə (Xədicə İsmayılın ətrafında olanlardan biri) çıxışında bunları bildirib: "Azərbaycan hökuməti artıq internet media üzərində müəyyən nəzarəti tətbiq edib. Həbs edilən internet istifadəçilərinin sayı son illər artmaqdadır. Buna görə də istifadəçilər, xüsusilə məşhur və nüfuzlu ictimai, siyasi simalar da, adi istifadəçilər kimi eyni etik standartlara əməl etməlidir. Çünki uzun illər mövcud olmuş ənənəvi media artıq internet platformalarına köçür".
Məlumatlara görə, USAİD-in 2,4 milyonluq vəsaitinə əsas iddiaçılardan ikisi İREX və Xədicə İsmayıldır. Deməli, qarşıda Azərbaycan jurnalistikasında yeni medianın reklamlarını görsək təccüblənməməliyik. Çünki bu vəsait ya Xədicə İsmayıla, ya da İREX-ə veriləcək. Bütün hallarda hədəf eynidir: Yeni media qurumu yaratmaq və iqtidara qarşı daha sərt şəkildə kampaniya aparmaq. İnformasiya və maliyyə təminatının mənbəyi Qərbdir: "Vəsait hazırdır, informasiyanı isə Qərb kəşfiyyatı ötürəcək, necə ki, bu günə qədər dəfələrlə ötürülüb. Qarşıdan gələn 2015-ci ilin Azərbaycan üçün yetərincə qaynar il olacağı gözlənilir. Bir tərəfdən, parlament seçkiləri, digər tərəfdən I Avropa Yay Olimpiya Oyunları. Güman ki, "Avroviziya" zamanı yarımçıq qalmış işi 2015-ci ildə tamamlamağa çalışacaqlar. Buna nə qədər nail olacaqlarını demək çətindir, amma faktiki olaraq proseslər başlayıb, fitillər alışdırılıb".
Seçki məsələləri üzrə ekspert Vəli Əlibəyli bildirib ki, 2015-ci il seçkilərində Azərbaycana kənar müdaxilələrin olması istisna deyil: "Azərbaycanın yerləşdiyi coğrafiya və malik olduğu potensial burada daim xarici maraqların olması ilə müşahidə olunur. Azərbaycanda kənar dövlətlərin maraqları mövcuddur. Onlar öz təsirlərini artırmaq üçün müəyyən fəaliyyətlər də həyata keçirirlər. Xüsusilə seçki ərəfələrində bu tipli layihələr işə düşür. Bu baxımdan, növbəti seçkilərdə də heç nəyi istisna etmək olmaz".
Diaspor Jurnalistləri Birliyinin (DJB) sədri Fuad Hüseynzadə isə dedi ki, Azərbaycanda radikal müxalifətinin xaricə informasiya ötürməsi çoxdanki təcrübədir: "Müxalifət Azərbaycan haqda dezinformasiyaları xarisə məqsədli şəkildə verərək qrant əldə edir. Qərb təşkilatları da o dezinfomazilayarı "emal" edərək sonradan elə müxalifət jurnalistlıərinin əli ilə yayırlar. Burda bir dezinformasiya mübadilısi aparılır".

Əli