

Gürcüstan Prezidenti futbol matçını izləmək üçün Türkiyəyə gedib
Makron hökumətə etimadsızlıq elan olunacağı təqdirdə parlamenti buraxacağını bildirib
AYNA: Taksi fəaliyyəti üzrə kvotanın tətbiqi xidmət keyfiyyətini artıracaq
HAMAS meyitləri təhvil vermədiyi üçün İsrail Qəzzaya daxil olan humanitar yardımları azaldacaq
Beynəlxalq hüququ dəstəkləyənlər sentaybrın 27-dən aparılan hərbi əməliyyatlara görə Azərbaycanı da dəstəkləyir.
Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə, bu gün beynəlxalq təşkilatların bu məsələyə yanaşması fərqlidir, onların bəziləri ölkəmizi dəstəkləyir, bəziləri bitərəf qalıb, bəziləri isə Ermənistana olan dəstəklərini açıq ifadə edirlər.
Fransa Prezidenti Emmanuel Makronun verdiyi bəyanatın Ermənistanın mövqelərini müdafiə etdiyini deyən B.Muradova bunu pisləyərək ədalətə zidd münasibət kimi dəyərləndirib: "Bu gün Türkiyə, Macarıstan, Ukrayna kimi ölkələrin göstərdiyi dəstəyi xüsusi vurğulamaq istəyirəm. Onlar beynəlxalq hüququ dəstəklədiklərini bəyan edirlər".
B.Muradova deyib ki, Azərbaycan yalnız hərbi obyektləri hədəfə alır: "Lakin bu gün ermənilər hərbi silahların arxasında mülki insanları işlədirlər və onlar istəyirlər ki, Azərbaycan hədəfi nişan alarkən həmin mülki şəxslər də ölsünlər. Daha sonra onlar şəkillər paylaşsınlar ki, azərbaycanlılar mülki əhalini öldürür. Düşmənin əsas məqsədi budur".