İran XİN ABŞ-ı hərəkətlərinə görə məsuliyyətə cəlb etməyə çağırıb
Donald Tramp: Azərbaycan Prezidentini Qəzza üzrə Sülh Şurasına dəvət etməkdən böyük şərəf duyuram
QMİ: Həcc ziyarəti ilə bağlı kvotanın 60 faizdən çoxu tamamlanmaq üzrədir
Azərbaycan-Kərkük elmi, ədəbi-mədəni əlaqələrinin inkişaf etdirilməsi istiqamətində növbəti addım
3 Dekabr 2020 11:59
1 862
Son dövrdə yeni növ koronavirus infeksiyasından ölüm hallarının artması bilavasitə yoluxanların sayının artması ilə sıx bağlıdır.
Bunu Trend-ə Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.
Onun sözlərinə görə, xəstələrin sayı artdıqca onu ağır və çox ağır keçirən şəxslərin sayı da müvafiq olaraq çoxalır. Digər tərəfdən, evdə həkim nəzarəti olmadan müalicə edilən bir sıra xəstələrin də xəstəxanalara vəziyyəti ağırlaşdıqdan sonra - gecikmiş halda hospitallaşdırılması ölüm faizi göstəricisinin müəyyən qədər pisləşməsinə səbəb olur.
Bununla belə, baş infeksionist hesab edir ki, ümumilikdə Azərbaycanda yeni koronavirus infeksiyasından orta ölüm göstəricisinin bir çox ölkələrlə müqayisədə daha aşağı olduğunu söyləmək olar.
Qeyd edək ki, hazırda Azərbaycanda koronavirusdan ölüm göstəricisi bütün yoluxmaların 1,1 faizini təşkil edir.