Türkiyə bölgədəki hadisələrə qarşı yüksək səviyyədə hazırlıq tədbirləri görüb
Aİ: Müəyyən bir məqamda Putinlə danışıqlar aparmağa məcbur qalacağıq
Rutte: Britaniya və digər bir sıra Avropa ölkələri Qrenlandiyada hərbi mövcudluğunu artırmaq istəyir
Rusiya MN "Oreşnik"lə Ukraynada hansı obyektləri vurduğunu açıqlayıb
1 Mart 2021 11:15
1 897
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bu il sosial sahə üzrə icrası prioritet sayılan istiqamətləri açıqlayıb.
Trend-in məlumatına görə, S.Babayev deyib ki, bu il məşğulluq sahəsində böyük addımların atılması gözlənilir. Bu il 16 min ailədə özünüməşğulluq tədbirləri həyata keçiriləcək:
"Bu il mənzil təminatı yalnız şəhid ailələri və müharibə əlillərini əhatə etməyəcək, valideyn himayəsindən məhrum olmuş internat məzunlarını, gözdən əlil şəxsləri və digər şəxsləri də əhatə edəcək. Bu il əmək münasibətinin tənzimlənməsi üçün islahatlar davam etdiriləcək, əmək müqavilərinin sayı artırılacaq. Bu il eyni zamanda əməkhaqqı fondunun artırılması üçün stimullaşdırıcı tədbirlər görüləcək".