7 Noyabr 10:54
16 Aprel 2021 16:47
2 954
Bu il ərzində Azərbaycanda məcburi əməyin qarşısının alınması istiqamətində ciddi tədbirlər həyata keçirilib.
Trend-in məlumatına görə, bu barədə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2020-ci il üzrə hesabatında deyilir.
Qeyd olunur ki, pandemiya şəraitində məşğulluq proqramı çərçivəsində 100 min nəfərin işlə təmin olunması 12 min ailənin özünəməşğulluq proqramlarına cəlb ediməsi vətəndaşların məcburi əməyin qurbanına çevrilməsi riskini xeyli azaldıb.
Monitorinqlər zamanı 67 nəfərin əmək və ya xidməti (mülki) müqavilə olmadan işləməsi aşkar olunub və bununla əlaqədar işə götürən bir təşkilat barədə toplanmış materiallar Baş Prokurorluğa göndərilib, 4-ü inzibati qaydada cərimələnib.
Hesabat ilində əməliyyat-axtarış tədbirləri ilə respublika üzrə cəmi 5 məcburi əmək faktı müəyyən edilib. Bu cinayətlərin 9 qurbanının ölkə daxilində kənd təsərrüfatı sahəsində istismar edildiyi məlum olub və hər bir fakt üzrə istintaq aparılaraq təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsi təmin edilib.
7 Noyabr 18:42
1 064
7 Noyabr 18:03
1 085
7 Noyabr 17:59
1 071