

14 Oktyabr 14:55
Səfir: Belarus Azərbaycanla iqtisadiyyatın əksər sahələrində əməkdaşlıq edir
Xırdalanda 19 yaşlı oğlan qətlə yetirilib, həmyaşıdı tutulub
Kreml Putinin bu gün Moskvada Əhməd əl-Şaraa ilə görüşəcəyini təsdiqləyib
Aleksey Overçuk: Azərbaycan Rusiya üçün Asiya və Afrika ölkələrinə, Körfəzə ən qısa yoldur
Aydın Kərimov: Şuşada 2027-ci ilin əvvəlinə kimi 45 bina tikiləcək
Daxili İşlər Nazirliyi (DİN) sürücülərə müraciət edib.
Nazirlikdən verilən məlumata görə, müraciətdə deyilir:
"Məlumat verildiyi kimi “Formula-1" Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq “Bakı şəhər halqası”nın keçdiyi və onun ətrafındakı küçələrdə nəqliyyatın hərəkəti 31 may, gecə saat 01:00-dan etibarən 8 iyun, səhər saat 06:00-dək məhdudlaşdırılıb. Məhdudiyyətin tətbiq olunduğu müddət ərzində paytaxt ərazisində sürücü və piyadaların mənzil başına təhlükəsiz çatmalarının, həmçinin, nəqliyyatın fasiləsiz hərəkətinin təmin edilməsi məqsədi ilə yol polisləri gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.
Bir daha sürücülərdən qeyd edilən müddət ərzində ictimai nəqliyyata üstünlük vermələrini, DYP əməkdaşlarının nizamlayıcı qismində verdikləri işarələrə düzgün əməl etmələrini, səyahətlərini məhdudiyyət tətbiq edilmiş küçə və prospektlərə alternativ yollardan keçməklə planlaşdırmalarını tovsiyə edirik".