SDG/YPG-yi “önəmli” göstərən faydalı bir aparat: İŞİD
1 Yanvar 20:38
1 Yanvar 20:38
1 Yanvar 18:31
30 Dekabr 2025 23:00
12 Oktyabr 2021 11:10
1 526
Şirvan şəhər 3 nömrəli “Yasəmən” körpələr evi-uşaq bağçasının müdirinə cinayət işi başlanıb.
Şirvan şəhər prokurorluğundan Trend-ə verilən məlumata görə, uşaq bağçasında yol verilmiş qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.
Aparılmış araşdırma ilə qeyd edilən körpələr evi-uşaq bağçasının müdiri Elmira Səfərovanın həmin vəzifədə işlədiyi müddətdə 16 min 177 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanııb.
Hazırda iş üzrə istintaq davam edir.
1 Yanvar 18:33
910
1 Yanvar 18:33
924
1 Yanvar 18:32
903