Fidan Almaniya XİN rəhbəri ilə regiondakı vəziyyəti müzakirə edib
İran Yaxın Şərqdəki ABŞ polad və alüminium zavodlarına hücum edib
Agentlik: Dövlət sifarişi ilə oxuyan tələbələrdən ödəniş tələbi qanunvericiliyə ziddir
“Aprel döyüşləri II Qarabağ müharibəsinin zəfərinin elanı oldu”
Qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat elan edilib
3 Dekabr 2021 18:46
3 206
Türkiyə Respublikasının TUSAŞ şirkətinin istehsalı olan iki ədəd “Hürkuş” təlim təyyarəsi nümayiş məqsədilə Bakıya gətirilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, dekabrın 3-də Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə "Hürkuş" hərbi təyyarələrinin nümayiş uçuşları icra olunub.
Tədbirdə Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov, Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı, hərbi attaşe general-mayor Zekeriya Yalçın və başqaları iştirak ediblər.
“Hürkuş” təlim təyyarəsinin taktiki-texniki xüsusiyyətləri və iş prinsipi barədə brifinq təqdim olunub.
Sonra hər iki qardaş ölkənin hərbi pilotlarının ölkəmizin hava məkanında birgə nümayiş uçuşları icra edilib.
General-leytenant R.Tahirov pilotların hazırlığını yüksək qiymətləndirib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.


