Arayik Harutyunyan və digərlərinin şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilir
"Qaçqınkom" vahid aylıq müavinətin kimlərə şamil olunmadığını açıqlayıb
Ceyhun Bayramov Ukraynanın müharibədə həlak olmuş müdafiəçilərinin xatirə memorialını ziyarət edib
"Əsas səbəb "Patriot" raketi partiyasının həcminin çox böyük olmasıdır"
27 Yanvar 2022 16:01
2 905
Avropada yaşayan azərbaycanlı mühacirlər - bloger Sadıqlı Tural Əlövsət oğlu və jurnalist Hüseynov Fikrət Nurəli oğlu barəsində axtarış elan edilib.
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat verilib.
Məlumata görə, bloger T.Sadıqlı barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), F.Hüseynov barəsində isə 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 318-1.2-ci (Qanunsuz miqrasiyanın təşkili) 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışa verilib.