“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
5 Dekabr 2022 12:08
5 383
Bakıda qastrolda olan Özbəkistanın Səmərqənd Vilayətinin Kattakurqan Dövlət Dram Teatrının yaradıcı heyəti bu gün azərbaycanlı tamaşaçılarla sağollaşacaq.
AZƏRTAC xəbər verir ki, dekabrın 2-də Bakıdakı həmkarları tərəfindən coşqu ilə qarşılanan qardaş ölkənin sənət ocağının kollektivi Azərbaycan Dövlət Akademik Musiqili Teatrında üç gün xoş ovqat yaradıb. Onlar Azərbaycanın klassik səhnə əsəri olan “Qaynana” (M.Şamxalov) komediyasını özbək dilində nümayiş etdiriblər.
Həmçinin özbəkistanlı qonaqlar teatrın inzibati binası ilə tanış olub, teatrda məşqləri davam edən tamaşaların hazırlıq prosesini izləyiblər.
Özbək sənətçilər bu gün saat 19:00-da sonuncu dəfə Bakı tamaşaçılarının qarşısında “Qayınana” tamaşası ilə çıxış edəcəklər.
30 Dekabr 2025 16:16
1 722
30 Dekabr 2025 11:46
1 820
29 Dekabr 2025 18:00
2 107