“Türkiyənin F-35-ə qayıdışı strateji balans tələb edir”
13 Dekabr 20:31
13 Dekabr 20:31
13 Dekabr 20:29
12 Dekabr 15:40
27 Yanvar 2023 11:58
5 838
Yanvarın 28-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı ingilis yazıçısı Ceyn Ostinin romanı əsasında səhnələşdirilən “Qürur və qərəz” tamaşasını nümayiş etdirəcək.
AZƏRTAC xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı İrqar Safat, quruluşçu rəssamı isə Nikita Sazonovdur.
Qeyd edək ki, bu günə qədər “İngilis ədəbiyyatının birinci xanımı" kimi tanınan Ceyn Ostinin “Qürur və qərəz” romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Ağlı, qüruru, bitkin xarakteri ilə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.
Əsər əsasında dünya kinematoqrafçıları onlarla film çəkiblər. Bu əsər eyni zamanda bir çox dünya teatrlarının repertuarına daxil edilib.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
12 Dekabr 12:41
1 736
12 Dekabr 11:53
1 834
12 Dekabr 11:33
1 771