
"Qərb Putini durdurmaq qərarı verib"
29 Avqust 09:09
29 Avqust 09:09
27 Avqust 23:45
27 Avqust 23:33
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti Rauf Babayev Qazaxıstanın Qaraqanda şəhərində keçirilən “DosStar” XIII Açıq Operetta və Müzikl Festivalında uğurla iştirak edib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, o, Qazaxıstan, Rusiya, Özbəkistan və Macarıstanın məşhur operetta ulduzlarının qatıldığı festivalda həm məşhur macar bəstəkarı İmre Kalmanın "Sirk şahzadəsi" əsərində Toni Bonvil obrazını canlandırıb, həm də qala-konsertdə çıxış edib.
Beynəlxalq tədbirlərdə ölkəmizi təmsil edərkən çox böyük qürur hissi keçirdiyini vurğulayan Rauf Babayev səfər təəssüratlarını bölüşüb: “Bu dəfə də səfərdən gözəl təəssüratlarla ayrılmışam. Qısa zaman ərzində müxtəlif ölkələrdən olan aktyorlarla birgə keçdiyimiz fasiləsiz məşqlərin uğurlu nəticələri, tamaşaçıların alqışları ilə xoş xatirələrə çevrilən gözəl anlar məni hədsiz məmnun etdi. Dünya teatrları ilə qarşılıqlı mədəni əlaqələrin inkişafına təkan verən layihələrin davamlı olmasını arzulayıram.
Həmişə olduğu kimi, bu dəfə də qazandığım mükafatları teatrımıza həsr edirəm və yaradılan şəraitə görə teatr rəhbərliyinə minnətdarlığımı bildirirəm".