SEPAH ABŞ pilotunu əsir götürüb
3 Aprel 17:30
3 Aprel 17:30
3 Aprel 17:02
İsrail Parlamentinin fələstinlilərə ölüm hökmü tətbiq etmək qərarı pislənilib
ABŞ-a məxsus F-15 qırıcısının vurulması ilə bağlı Trampa məlumat verilib
Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib
İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
İran XİN Şirazda vurulan dronlara görə region ölkələrini günahlandırıb
9 Fevral 13:38
4 473
“Kabuldan əsən külək” romanı Əfqanıstanda çətin və məşəqqətli yolun başlanğıcında olan gənc bir əfqan qadının mübarizəsindən bəhs edir. Əsərin qəhrəmanı Berfada, yeganə övladını qorumaq naminə doğrulub böyüdüyü doğma kəndini tərk etməyə məcbur qalır. Yolu naməlum, gələcəyi məchul olan bu səfərdə o, ən sərt qadağaların hökm sürdüyü bir cəmiyyətdə qadın olmağın çətinlikləri ilə sınanır. Berfada, öz ləyaqətini qorumaq və övladına işıqlı bir gələcək bəxş etmək üçün qorxularına meydan oxuyur. Heç vaxt kəndindən kənara çıxmayan gənc ananı böyük şəhərdə gözlənilməz sınaqlar qarşılayır. Berfadanın hekayəsi təkcə əfqan qadınlarının deyil, müharibə və qarşıdurmaların kölgəsində qalan bütün dünya qadınlarının mübarizəsinin rəmzidir.
Yazıçı-publisist İlham Əliyev 1968-ci il aprel ayının 19-da Şamaxı rayonunda anadan olub. 3 övladı var, ixtisaca hüqüqşünasdır, jurnalist fəaliyyəti ilə məşğuldur. “Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi”, “Qanlı vadi”, dünyaca tanınmış akademik Həsən Əliyevin elmi yaradıcılığına, zəngin həyat və fəaliyyətinə həsr olunan “İnsanlığa xidmət”, “İncə dərəsi”, “Gecənin rəngi”, “Malayziyada açılan səhər” kimi publisistik əsərlərin və romanların müəllifidir. Ermənilərin 200 il ərzində azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı əməllərini kifayət qədər faktlarla sübuta yetirən “Qafqazda imperiyalar və ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi” kitabı Rusiya Federasiyasında rus dilində tərcümə olunaraq yayılıb. Bir neçə elmi, publisistik və bədii kitabın redaktoru və on söz müəllifidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2015-ci il də “Tərəqqi” medalı, 2021-ci ilin noyabr ayında isə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
3 Aprel 17:35
1 050
3 Aprel 11:12
1 218
2 Aprel 19:58
1 386
