SEPAH ABŞ pilotunu əsir götürüb
3 Aprel 17:30
3 Aprel 17:30
3 Aprel 17:02
İsrail Parlamentinin fələstinlilərə ölüm hökmü tətbiq etmək qərarı pislənilib
ABŞ-a məxsus F-15 qırıcısının vurulması ilə bağlı Trampa məlumat verilib
Azərbaycan və Uqanda arasında siyasi məsləhətləşmələr keçirilib
İsrail ordusu Livanda Hizbullah hədəflərinə zərbələr endirib
İran XİN Şirazda vurulan dronlara görə region ölkələrini günahlandırıb
11 Fevral 15:41
5 516
10-11 fevral 2026-cı il tarixlərində Özbəkistanın Kokand şəhərinin Kokand Universiteti tərəfindən “Nizami Gəncəvi və Əlişir Nəvainin ədəbi irsi: bədii obrazların və insan fəlsəfəsinin harmoniyası” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirilib. Beynəlxalq konfransda Özbəkistan, Azərbaycan, Türkiyə, Qırğızıstan, Pakistan, İran və digər ölkələrdən bir çox alimlər, tədqiqatçılar iştirak ediblər.
Həmin konfransda əyani şəkildə qatılan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli “Nizami Gəncəvi və Əlişir Nəvainin dünyagörüşündə insan fəlsəfəsi” mövzusunda məruzə ilə çıxış etmişdir. O bildirib ki, Azərbaycan şair-mütəfəkkiri, filosofu Nizami Gəncəvinin və Özbəkistan şair-mütəfəkkiri Əlişir Nəvainin dünyagörüşündə türklük və insanlıq bir birini daim tamamlamış, onun fəlsəfəsində türklük bir çox hallarda insanlığın sinonimi kimi ifadə olunmuşdur:”Bu baxımdan hesab etmək olar ki, onun ümumilikdə insanlıq dəyərlərinə baxışı türk mədəniyyətinə, fəlsəfəsinə əsaslanmışdır. N.Gəncəvinin və Ə.Nəvainin “Beşliy”ini də diqqətlə tədqiq edəndə görürük ki, onlar, bu əsərlərində türk adət-ənənəsini, türk əxlaqını, bütün bunlarla bərabər insanlıq fəlsəfəsini izah etməyə çalışmışdır”. Faiq Ələkbərli qeyd edib ki, N.Gəncəvinin dünyagörüşünün türklük və insanlıq əsasında obyektiv, elmi prinsiplərə əsaslanan şərhi, təfsiri ilk dəfə Azərbaycan Cümhuriyyətinin qurucusu, ictimai-siyasi və dövlət xadimi, mütəfəkkir Məhəmməd Əmin Rəsulzadə tərəfindən verilmişdi: “M.Ə.Rəsulzadə N.Gəncəvinin türk fəlsəfi düşüncəsinə, türk mədəniyyətinə və insanlıq fəlsəfəsinə bağlılığını vaxtında görərək, bütün bunları “Azərbaycan şairi Nizami” əsərində əks etdirmişdi. Maqsud Şeyxzadə isə “Qəzəl mülkünün sultanı” əsərində ilk dəfə Əlişir Nəvaini Türk dünyasına və dünya ictimaiyyətinə əsaslı şəkildə tanıtmağı bacarmışdı”.





3 Aprel 17:35
1 064
3 Aprel 11:12
1 232
2 Aprel 19:58
1 386