Dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
Prezident İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
Kallas: Aİ Qrenlandiyaya görə ABŞ-la "mübarizəyə başlamaq" niyyətində deyil
Türkiyə müdafiə naziri ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi ilə görüşdü
6 Fevral 2025 11:54
7 350
“Universitetlərin və ya məktəblərin dərs saatlarının vaxtının müəyyən dərəcədə dəyişdirilməsi beynəlxalq səviyyədə sınanmş bir haldır. Amma müəyyən dövlətlərdə, şəhərlərdə pik saatlar və qeyri-pik saatlar deyilən bir anlayış var. Artıq son zamanlar Bakı şəhərində pik və qeyri-pik saatlar demək olar ki, yoxdur. Günün böyük bir vaxtı tıxaclar yaranır, xüsusən şəhərin mərkəzi küçə və prospektlərində”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib.
A.Əsədov əlavə edib ki, universitetlərdə dərs saatlarının vaxtının dəyişdirilməsi kimi məsələlər qısa müddətdə özünü doğrulda bilər: “Amma bu, uzunmüddətli perspektiv vəd etmir. Ən yaxşı variant isə mərkəzdə və mərkəzə yaxın ərazilərdə yeni şəhərciklərin salınmasıdır. Yəni universitetin yaxınlığında öz yataqxanası, düşərgəsi olsun və tələbələr orada qalsın. Bu, məktəblərə də aid edilə bilər. Elə universitetlər və özəl məktəblər var ki, onların özlərinin şəxsi yataqxanaları, təlim-tədris prosesləri üçün yaradılan şəraiti olur. Ona görə də bu halda müsbət nəyəsə nail olmaq olar. Amma saat 08:00-da başlayan dərsi biz 10:00-a təyin etsək burada vaxt, kəmiyyət baxımından ciddi bir dəyişikliyin olacağını düşünmürəm. Sadəcə, məsələn, saat 13:00-da tıxac olurdusa, bu zaman olacaq 15:00-da. Yəni bu halda düşündürücü və məntiqlə inandırıcı bir nüans yoxdur”.
Röya İsrafilova