Ermənistan COP34-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb
ABŞ senatorları "Starlink" məhdudiyyətlərinə görə "SpaceX"dən izahat tələb ediblər
FHN gözlənilən qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
“Dublin sammiti Azərbaycanın artan beynəlxalq nüfuzunun siyasi təsdiqidir”
"Azərbaycan artıq beynəlxalq proseslərin yalnız iştirakçısı deyil..."
19 Avqust 2025 10:56
6 020
“İran və İsrail arasında yeni müharibə riski qalır. Əslində bu ilk gündən məlum idi. Çünki birincisi, müharibə nəticəsiz başa çatdı, İsrail məqsədinə çatmadı. İranda nüvə proqramında geri çəkilmə yoxdur”.
Bu fikirləri xalqcəbhəsi.az-a açıqlamasında araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu deyib.
K.Rövşənoğlu əlavə edib ki, digər tərəfdən, İran-İsrail atəşkəsindən dərhal sonra hər iki ölkə müharibəyə hazırlaşmağa başladı: “Hazırda da hər iki ölkə hazırlaşır. Eyni zamanda ABŞ də İraqdakı qüvvələrini artırır, güman olunur ki, amerikalılar da mümkün İsrail-İran toqquşmasına hazırlaşır. İran isə Rusiyadan və Çindən yeni silah və texnika alıb və almağa davam edir. Ancaq bu dəfə müharibə olsa daha ağır nəticələrə səbəb olacaq”.
Röya İsrafilova
