Ermənistan COP34-ə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb
ABŞ senatorları "Starlink" məhdudiyyətlərinə görə "SpaceX"dən izahat tələb ediblər
FHN gözlənilən qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
“Dublin sammiti Azərbaycanın artan beynəlxalq nüfuzunun siyasi təsdiqidir”
"Azərbaycan artıq beynəlxalq proseslərin yalnız iştirakçısı deyil..."
12:54
224
Ermənistanın ətraf mühit naziri Ambartsum Matevosyan ölkəsinin 2029-cu ildə BMT-nin İqlim Dəyişmələri üzrə Konfransına (COP34) ev sahibliyi etmək üçün namizədliyini təqdim edib.
Xalqcebhesi.az xəbər verir ki, bu, Antalyada keçirilən COP31 çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşdə baş tutub.
Tərəflər həmçinin İrəvanda baş tutmuş BMT-nin Biomüxtəliflik üzrə Konfransının (COP17) yekunlarını müzakirə ediblər.
COP34-ün keçiriləcəyi yerlə bağlı yekun qərar hələlik qəbul edilməyib. 2029-cu ildə iqlim konfransına sədrlik BMT-nin Şərqi Avropa qrupuna keçməlidir.
Məryəm Quliyeva