09:35
623
Rusiya Prezidenti Vladimir Putinin 9 may Qələbə günündə həmkarlarını Moskvada və ilin sonunda MDB liderlərini Sankt-Peterburqda toplamağa çalışması onun imperiya təfəkküründən irəli gəlir.
Xalqcebhesi.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun fikrincə, fazişm üzərində qələbədə keçmiş SSRİ-də yaşayan bütün xalqların iştirakı olub və SSRİ dağıldıqdan sonra hər bir ölkənin lideri həmin günü öz ölkəsində qeyd edə bilər, nə məcburdur Moskvada toplaşmağa? Eləcə də, Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin liderləri niyə hər ilin sonunda məhz Sankt-Peternurqda qeyri-rəsmi sammitə qatılmalıdırlar?
"Putin sadəcə, bununla Rusiyanın qonşularından bir baş üstün olduğunu göstərməyə çalışır. Odur ki, Azərbaycan Prezidenti İlham Əliyev hər iki tədbirə qatılmamaqla doğru qərar verdi. Azərbaycanın Rusiya ilə münasibətləri gələcəkdə normallaşsa belə, 9 may Qələbə gününü Moskvada qeyd etməyə, MDB liderlərinin Sankt-Peterurq görüşündə isə iştiraka ehtiyac yoxdur".
Cavid