14 Yanvar 09:40
2 954
İsrailin və adı açıqlanmayan bir neçə ərəb ölkəsinin rəsmi nümayəndələri ABŞ-dan hələlik İrana zərbələr endirməməyi xahiş ediblər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-ın "NBC" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, bu ölkələrin nümayəndələri hesab edirlər ki, İran hazırda kifayət qədər zəifləməyib və buna görə də ABŞ-ın zərbələri İslam Respublikasında hakimiyyət dəyişikliyinə gətirib çıxarmaya bilər.
Onlar həmçinin ABŞ prezidenti Donald Trampın administrasiyasına “İranda vəziyyət daha da gərginləşənədək” genişmiqyaslı zərbələrin endirilməsini təxirə salmağı təklif ediblər.
Məryəm Quliyeva
10:35
1 085
25 Mart 18:25
1 407
25 Mart 15:09
1 365