Zelenski Rubiodan "Starlink"ə girişin bərpasını və "Patriot" raketlərini istəyib
Azərbaycanda dövlət qurumlarının süni intellekt sistemləri təhlükəsizlik auditindən keçiriləcək
Fransada iğtişaşlar səbəbindən komendant saatı tətbiqi davam etdiriləcək
Azərbaycanda süni intellektin təhlükəsiz tətbiqi ilə bağlı yeni tələblər qəbul olunacaq
Qismən yenilənmiş Radiorabitə Reqlamenti Azərbaycanın bəyanatı ilə təsdiq ediləcək
9 İyun 12:18
1 967
“Havaların qeyri-stabil keçməsi yay istirahətini gecikdirir. İnsanların dənizkənarı istirahət etməsinə meyli azalıb. Təbii ki, hava şəraitindən çox şey asılıdır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında turizm eksperti Əziz Şiriyev deyib.
Ekspert qeyd edib ki, havanın günəşli olması dəniz kənarında olan çimərlik ərazilərini çalışdıranların işlərini daha da yaxşı vəziyyətə gətirir, insanlar daha xoş istirahət edirlər: “Amma yağışlı və küləkli hava şəraiti insanları həmin istiqamətlərdə istirahət etməyə getmək fikirlərindən daşındırır, daha çox qapalı mühitlərə üstünlük verirlər. Bəziləri istirahətlərini təxirə salır, bəziləri isə xaricə səfərlər edirlər. O səbəbdən də bu gün istər Türkiyə, Misir istiqamətində, istər digər ölkələrdə, istərsə də Azərbaycanımızın Bakı ətrafı çimərliklərində vəziyyət heç də ürək açan deyil. Düşünürəm ki, inşallah iyun ayının 20-dən etibarən hava şəraiti daha yaxşı olar. İnsanlar iyul və avqust aylarını daha yaxşı, faydalı şəkildə keçirərlər”.
Röya İsrafilova