11:30
329
Rusiya ətrafında uğurlu dövlət modeli görmək istəmir. Azərbaycana qarşı olan kini də bundadır. Rusiya istəyir ki, ən azı postsovet ölkələrinin onsuz dövlət kimi formalaşa bilməmələrini dünya görsün. Sonra bundan istifadə edib, məqam gələndə yenidən onları öz nəzarətinə götürsün. Artıq beynəlxalq hüquq olmadığından Rusiya üçün bunu zorla etmək fikri də açıqdır və adidir.
Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib
"Azərbaycan isə nəinki dünyaya dövlət kimi formalaşdığını isbat edib, əksinə bütün dünyaya örnək addımlar atıb ki, bunlar bəllidir, ərazi bütövlüyünün bərpa edilməsi, iri dövlətlərlə bərabər səviyyəli münasibətlər qurmaq kimi və s.
Bu durum isə Rusiyanı qıcıqlandırır. Rusiya vaxtilə Azərbaycana təzyiq yolları hesab etdiyi addımları artıq atıb, azərbaycanlı miqrantları deportasiya, iqtisadi təzyiq kimi və s. Amma bunun heç bir nəticəsi olmayıb. Rusiya ordusunun məlum hadisələrdən sonra Azərbaycandan çıxarılması isə əsas məsələdir. Rusiya Azərbaycana qarşı bundan artıq addımlar ata bilmir. Həm imkanı yoxdur, həm də bunun özü üçün təhlükəli olduğunu bilir. Azərbaycan Rusiyanın çəkindiyi ən əsas ölkədir, çünki, əvvəla Azərbaycan digərləri üçün də nümunədir. Sonra isə yox olmaq üzrə olan Rusiya mifinin son nöqtəsini Azərbaycan qoya bilər".
Cavid