11:35
392
“Azərbaycanla Özbəkistan arasındakı münasibətlər özünün ən yüksələn dövrünü yaşayır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında “Müasir İnkişaf” İctimai Birliyinin sədri, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
Siyasi şərhçi vurğulayıb ki, Azərbaycan Prezidentinin Özbəkistana sonuncu səfəri iki dövlət arasındakı münasibətləri yeni bir mərhələyə çıxarmaqdadır: “Bu səfər nəticəsində siyasi, iqtisadi, mədəni, elmi, təhsil və digər istiqamətlərdə olan əlaqələr daha da inkişaf etmiş olacaq. Yeni layihələr və əvvəlki razılaşdırılmış layihələrin icrası ilə bağlı vəziyyətin müzakirəsi və s. istiqamətlərdə atılan addımlar iki qardaş xalqı bir-birinə daha da yaxınlaşdıracaq. Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın toplantısının keçirilməsi və digər istiqamətlərdə görülən işlər də təbii ki, iki dövlət arasında münasibətlərin inkişafının bariz göstəricisidir”.
Röya İsrafilova