Aİ Rusiyaya qarşı əlavə sanksiyaları təsdiqləyib Gündəm

Aİ Rusiyaya qarşı əlavə sanksiyaları təsdiqləyib

Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri üç siyahı üzrə təxminən 140 fiziki və hüquqi şəxsə qarşı Rusiyaya yönəlik əlavə məhdudiyyətləri təsdiqləyiblər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə diplomatik mənbədən TASS-a məlumat verilib.

"Nazirlər dərhal üç sanksiya mexanizmi üzrə əlavə sanksiyaları təsdiqləyiblər, bu qara siyahılara daxil edilən şəxslərin və təşkilatların ümumi sayı təxminən 140-dır", – deyə mənbə bildirib.

O həmçinin qeyd edib ki, bu, yenə də "22-ci sanksiyalar paketi deyil, çünki bura heç bir yeni struktur tədbiri daxil edilməyib".

Məryəm Quliyeva