Son üç ildə dəyəri 6 milyard manat olan 3 sosial islahat paket həyata keçirilib - Nazir - FOTO İqtisadiyyat

Son üç ildə dəyəri 6 milyard manat olan 3 sosial islahat paket həyata keçirilib - Nazir - FOTO

Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasət BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf üzrə Gündəliyinə tam uyğundur.

Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, ölkəmizdə son üç il ərzində 4 milyon nəfəri əhatə edən, əlavə illik maliyyə dəyəri 6 milyard manat (təqribən 3,5 milyard ABŞ dolları) olan 3 sosial islahat paket həyata keçirilib.
"Bu dövrdə sosial ödənişlər 65 faiz, minimum pensiya 2,2 dəfə, orta pensiya 60 faiz, minimum əmək haqqı 2,3 dəfə, illik əmək haqqı fondu iki dəfədən çox artıb",- nazir bildirib.

S.Babayev son illər sosial sahədə tətbiq olunan innovativ nailiyyətləri (DOST mərkəzləri, sosial ödənişlərin avtomatlaşdırılmış təyinat mexanizmləri, e-sosial portalı, “Məşğulluq” alt sistemi və s.) qeyd edib. Nazirlik üzrə 173 sosial xidmətdən 110-nun e-platformadan, 48-nin proaktiv qaydada təqdim edildiyini, 388 min nəfərə e-qaydada sosial ödəniş təyin edildiyini bildirib. Yeni istifadəyə verilən “Əmək və məşğulluq” altsisteminin əmək münasibətləri sahəsinə gətirdiyi innovativ yenilik və faydaları diqqətə çatdırıb. Əmək hüquqlarının gücləndirilməsi və beynəlxalq norma və standartlara uyğun tənzimlənməsi üçün Əmək Məcəlləsinin 170 maddəsinə də dəyişikliklər hazırlanaraq təqdim edildiyini bildirib.