"Dövlət büdcəsinə təqdim edilən dəyişikliklər yarana biləcək problemlərin önlənməsinə xidmət edir" - Tahir Mirkişili İqtisadiyyat

"Dövlət büdcəsinə təqdim edilən dəyişikliklər yarana biləcək problemlərin önlənməsinə xidmət edir" - Tahir Mirkişili

"Büdcənin dütüstləşməsi ilə bağlı qanun layihəsində 2022-ci il dövlət büdcəsi gərlilərinin 2 381.8 milyon manat artırlaraq 29 197.8 milyon manata, xərclərinin isə 2 424.8 milyon manat artırılaraq 32 303.8 milyon manata çatırılması təklif olunur. Dövlət büdcəsinin kəsirinin 43,0 milyon manat artaraq 3106,0 milyon manat məbləğində olacağı nəzərdə tutulur.
Artırılan gəlirlərin 65%-i qeyri-neft, 35%-i isə neft gəlirləri hesabına formalaşacaq".
Xalqcəbhəsi.az xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, Dövlət Vergi Xidməti xətti ilə yığılan vergilərin 2.9 milyard manat, Dövlət Gömtük Komitəsi xətti ilə daxilolmaların isə 345 milyon manat artırılması təklif olunur. "Eyni zamanda, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1.192 milyon manat azaldılması nəzərdə tutulub.
Dövlət büdcəsinin Əlavə gəlirləri qeyri-neft gərliləri hesabına – 1 351 mln manat, əlavə neft gəlirləri hesabına 848 mln manat, dövlət büdcəsində mövcud olan xərclər arasında yerdəyişmələrin aparılması hesabına 561 mln manat, avtomobil yolları və ətraf mühitin mühafizəsi üzrə məqsədli büdcə fondlarının 2022-ci ilin əvvəlinə qalıqları hesabına müvafiq olaraq 181 mln manat və 2.3 mln manat, dövlət büdcəsinin kəsiriin genişləndirilməsi 43 milyon manat təşkil edəcək"- o qeyd edib.
Komitə sədri bildirib ki, dövlət büdcəsində artırılan və xərclər arasında yerdəyişləmərin hesabına yaranan ehtiyat vəsiatlərin aşağıdakı istiqamətlərə yönəldilməsi nəzərdə tutulur:
"Böyük qayıdışın daha sürətlə təmin edilməsi üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yol-nəqliyyat infrastrukturunun yaradılması, həmçinin ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi üzrə layihələrin maliyyələşdirilməsi üçün 1 477 milon manat
- Müdafiə qabiliyyətinin və hərbi qüdrətin daha da artırılması, Milli təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsi üçün 588 milyon manat
- Vətən müharibəsi zamanı ölkəmizin bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrini bərpası və yenidən qurulması üzrə tədbirlərin maliyyələşdirilməsi üçün 34 mln manat
- Sosial müdafiə sahəsində, o cumlədən cari il ərzində götürülən sosial öhdəliklər, əmək pensiyaları üzrə maddi yardım, əmək haqqı və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsi üçün – 519 milyon manat
- Ərzaq təhlükəsizliyi üçün tədbirlər üzrə əlavə ehtiyatların yaradılması üçün – 193 mln manat
- Sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsi üçün 163 milyon manat
- Bir sıra zəruri kommunal və kommunikasiya xərclərinin təmin edilməsi üçün 42 milyon manat vəsait nəzərdə tutulur.
2022-ci ildə ÜDM-nin həcminin 115.4 milyard manat, ÜDM-in artım tempinin 5.5%, orta illik inflyasiyanın 12.5%, xam neftin bir barelinin orta illik qiymətini isə 85 dollar olacağı proqnozlaşdırılır.
Təqdim olunmuş büdcə layihəsi büdcə qaydasının Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli Fərmanına əsasən 2 göstəricisi üzrə müəyyən edilmiş hədləri çərçivəsindədir.
Müzakirələr Dövlət büdcəsinə təqdim edilən dəyişikliklərin dövlət və cəmiyyət qarşısında duran mühüm çağırışların dəf edilməsinə, görülən işlərin genişləndirilməsi, yarana biləcək problemlərin önlənməsinə xidmət edəcəyini deməyə əsas verir".

Əli