"Azeri Light"ın qiyməti yenidən 120 dolları keçdi İqtisadiyyat

"Azeri Light"ın qiyməti yenidən 120 dolları keçdi

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 3,54 ABŞ dolları və ya 2,9% artaraq 121,74 dollar təşkil edib. Qeyd edək ki, bundan əvvəl "Azeri Light" 118,22 dollara ticarət edilmişdi.