2050-ci ilə qədər demoqrafik göstəriciləri hesablamışıq - Nazir İqtisadiyyat

2050-ci ilə qədər demoqrafik göstəriciləri hesablamışıq - Nazir

Azərbaycan əhalisinin demoqrafik hesablamalarını həm özümüz aparmışıq, həm də bu işə beynəlxalq ekspertləri cəlb etmişik. 2050-ci ilə qədər demoqrafik göstəriciləri hesablamışıq.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 11-də Milli Məclisin Əmək və sosial siyasət, eləcə də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, 2035-ci ilə qədər problem yoxdur, 2035-2045-ci ildə yaşlanma olur, 2045-dən sonra çağırışlar yaranır.

“Bu hesablamalar pensiya sisteminin dayanıqlılığına təminat verir. Biz bu illər ərzində formal məşğulluğu təmin etməliyik. Ona görə bütün fokus formal məşğulluğun təmin edilməsinə yönəldilib”, - deyə nazir qeyd edib.