Yeni suvarma texnologiyaları istifadə olunmalıldır - Tahir Rzayev İqtisadiyyat

Yeni suvarma texnologiyaları istifadə olunmalıldır - Tahir Rzayev

Kənd təsərrüfatında yeni suvarma texnologiyaları istifadə olunmalıldır.

Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, yay aylarında pambığın və digər təsərrüfat sahələrinin suvarılmasında ciddi problemlər olur.

"Əvvəllər ölkədə 40-50 min hektarda pambıq əkilirdisə, indi 100 min hektardan çox sahədə əkilir. Digər kənd təsərrüfatı məhsullarının əkini də artıb. Bir milyon hektarda taxıl əkilir. Son illər əhali də sürətlə artır. Problem odur ki, biz sudan qənaətlə istifadə etmirik. Suvarma texnologiyası tətbiq olunmur. Yeni suvarma texnologiyaları istifadə edilməlidir", - deyə T.Rzayev bildirib.