Fidan Almaniya XİN rəhbəri ilə regiondakı vəziyyəti müzakirə edib
İran Yaxın Şərqdəki ABŞ polad və alüminium zavodlarına hücum edib
Agentlik: Dövlət sifarişi ilə oxuyan tələbələrdən ödəniş tələbi qanunvericiliyə ziddir
“Aprel döyüşləri II Qarabağ müharibəsinin zəfərinin elanı oldu”
Qəbul imtahanlarının II mərhələsi üzrə sınaq imtahanına qeydiyyat elan edilib
5 İyun 2023 11:50
3 080
Azərbaycanda əmanətlərin sığortalanması üzrə yanaşmanı dəyişməyə ehtiyac var.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyast, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vüqar Bayramov deyib.
O qeyd edib ki, Əmanətlərin Sığortalanması Fondu müflis olan banklara görə ödənişlər edir. “Amma əmanətlərin sığortalanması siyasəti yalnız müflis olan bank üzrə vəsait ödəmək yox, bankların sığortalanması olmalıdır. Məsələn, Cənubi Koreyada əmanətlərin sığortalanması fondunun kapitalı 3 milyard dollardan artıqdır. Bu bank bir çox bankların müflis olmasının qarşısını alır. Amma bizdə bu istiqamətdə heç bir addım yoxdur. Ona görə də bu sahədə fəlsəfəni dəyişməyə ehtiyac var”, - deyə V.Bayramov əlavə edib.