“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
15 Avqust 2024 11:53
3 633
Azərbaycanda inflyasiya 2024-cü ildə Azərbaycan Mərkəri Bankının (4±2%) hədəf diapazonuna yaxın olaraq qalacaq.
"APA-Economics" xəbər verir ki, bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions” (FS) şirkətindən bildirilib.
FS bu il üzrə ölkədə orta illik inflyasiyanın 2,5%, 2025-ci il üzrə isə 3,5% proqnozlaşdırdığını açıqlayıb.
"Fitch Solutions" analitikləri qeyd ediblər ki, orta illik inflyasiya bu ilin ilk dörd ayında 1,2%-ə enib. Azərbaycanın enerji ixracatçısı olması qlobal neft qiymətlərindəki dəyişikliklərin daxili yanacaq qiymətlərinə təsirini neytrallaşdırır. Bununla belə, qlobal inflyasiyadakı dəyişikliklər idxal kanalı vasitəsilə daxili iqtisadiyyata təsir edə bilər.
19 Mart 17:53
3 633
19 Mart 16:15
1 876
19 Mart 13:47
2 002